XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2020 - 16:28

Afrikada koronavirus:yoluxanların sayı 330 mini keçib

Afrikada yeni növ koronavirusa yoluxma hallarının sayı 330 mini keçib, 8 mindən çox insan virusun qurbanı olub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat verib.

Bildirilib ki, Afrikada yoluxma hallarının sayı 332 820-dir, 8 733 nəfər təsdiqlənmiş koronavirus xəstəsi isə ölüb.

Ən çox yoluxma halları Cənubi Afrikada (111 796) və Misirdə (58 141) aşkar edilib. Ən çox ölüm hadisəsi isə Misirdə (2 365), Cənubi Afrikada (2 205) və Əlcəzairdə (869) qeydə alınıb/Report.