XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 15:25

ABŞ-ın 5 ştatında koronavirusa yoluxanların sayı artır –Statistika

ABŞ-ın beş ştatında – Florida, Texas, Oklahoma, Cənubi Karolina və Kaliforniyada bir günə yeni növ koronavirusa yoluxma üzrə rekordlar qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ştatların səhiyyə departamentlərinin məlumatlarında bildirilib.

Belə ki, Florida Səhiyyə Departamenti son sutkada ştatda 5 508 koronavirusa yoluxma aşkarlandığını və bunun ştat üçün rekord olduğunu açıqlayıb. Oklahomada 482, Cənubi Karolinada isə 1 291 yeni yoluxma faktı aşkar edilib. Daha əvvəl də rekord qeydə alınmış Texas və Kaliforniyada isə rekordlar yenilənib: müvafiq olaraq 5 551 və 7 149 yeni yoluxma faktı qeydə alınıb/Report.