XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 18:46

Lukaşenko seçkiyə xarici müdaxilədən danışdı:"O kuklaların iplərini əldə saxlayanlar var"

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin daxili işlərinə və seçki yarışına xaricdən müdaxilənin olduğunu açıqlayıb.

“BelTA” xəbər verir ki, dövlət başçısı internetdə saxta məlumatlarla hakimiyyəti nüfuzdan salmaq cəhdlərinin olduğunu vurğulayıb.

“Bu gün (hərçənd daha əvvəl olub, amma mənə məlumat verilməyib) mənə məlumat verildi ki, oğlumun İsveçrədə 840 milyon ABŞ dolları var. Diplomatik kanallar vasitəsilə məktub göndərin: kim bu pulu götürmək istəyirsə, dərhal götürsün”, – o, deyib.

Belarus lideri həmçinin qeyd edib ki, hakimiyyət əleyhdarları ədalətli və layiqli seçkilər tələb edirlər, lakin özləri də ədalətli davranırlar.

“Aydın məsələdir ki, o kuklaların iplərini əldə saxlayanlar var. Həm bu, həm də o biri tərəfdədirlər. Həm Polşada yaşayırlar, həm də Rusiyada ömür sürürlər”, – A.Lukaşenko söyləyib və yaxın zamanda bu barədə Rusiya prezidenti Vladimir Putin ilə danışmağı planlaşdırdığını vurğulayıb/Report.