XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 İyun 2020 - 19:53

İsveç ölkəyə girişlə bağlı müvəqqəti qadağanı uzatdı- İyulun 7-dək

İsveç hökuməti bu gün xarici vətəndaşların ölkəyə girişinə qoyulan müvəqqəti qadağanın müddətini iyulun 7-dək uzatmaqla bağlı qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət dəftərxanasının məlumatında deyilir.

Qadağa Avropa İttifaqı ölkələrinin, Böyük Britaniya, Norveç, İslandiya, Lixtenşteyn və İsveçrənin sakinlərinə şamil edilmir.

Qeyd edək ki, ölkəyə girişə müvəqqəti qadağa qoyulmasına martın 19-dan başlanılıb. Əvvəlcə 30 gün müddətinə tətbiq edilən qadağanın vaxtı sonrada Avropa Komissiyasının tövsiyəsinə uyğun olaraq, 15 may və 30 iyun tarixlərinə qədər uzadılmışdı.