XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2020 - 20:12

DÇ-2022-nin mindən çox işçisi koronavirusa yoluxdu

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıqlarında iştirak edən xeyli işçi koronavirusa yoluxub.

“Report” AFP-yə istinadən xəbər verir ki, 1102 nəfərdən biri dünyasını dəyişib. 51 yaşlı mühəndis iyunun 11-də koronavirus səbəbindən ölüb. Onun heç bir xroniki xəstəlikdən əziyyət çəkmədiyi bildirilib.

Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.