XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

26 İyun 2020 - 09:35

FIFA AFFA-ya maliyyə vəsaiti ayırdı

FIFA milli federasiyalara koronavirus pandemiyasının təsiri ilə mübarizə aparmaq üçün 1.5 milyard ABŞ dolları ayırıb. 

Qurumun rəsmi saytı xəbər verir ki, təşkilata üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar məbləğində qrant, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ayrılacaq. Altı konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək.

Üçüncü mərhələdə hər assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət etmək hüququna malik olacaq. Lakin məbləğ illik gəlirin 35 faizindən çox olmamalıdır.

Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək, xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq. (report)