XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 İyun 2020 - 15:58

Koronavirus tarixin ən kəskin və dərin tənəzzülünə səbəb olub – ECB

“Koronavirus (COVID-19) pandemiyası müharibə dövrləri istisna olmaqla dünyanın üzləşdiyi ən kəskin və dərin tənəzzülə səbəb olub”.

Bunu Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Lagarde deyib.

O bildirib ki, qlobal iqtisadiyyatda ən aşağı səviyyələr artıq geridə qalıb: “İqtisadiyyatın özünü bərpası isə pandemiyanın yayılması istiqamətində (Şərqdən Qərbə) müəyyən bir qayda əsasında olacaq”.

Bundan başqa, ECB rəhbəri pandemiya dövründə Avropa iqtisadiyyatını böhrandan qorumaq üçün pul və maliyyə siyasətlərini birlikdə həyata keçirdiklərini vurğulayıb: “Biz bütün pul və maliyyə siyasəti vasitələrindən istifadə edirik”. (report)