XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 İyun 2020 - 16:59

Neftin taleyi Çinin əlindədir? –Anbarlar dolub, idxal dayandırıla bilər...

Rusiya və Səudiyyə Ərəbistanının büdcələri az qala tamamilə neft satışından asılıdır. Çin adı çəkilən hər iki ölkə üçün əsas neft müştərisidir. Əslində Çin dünyanın ən böyük neft müştərisidir.

Neft eksperti Ellen R. Ualdun “Forbes” jurnalında yazdığına görə, Çin son 5 ildə anbarlarına o qədər neft yığıb ki, faktiki olaraq bir xeyli müddət bütün neft idxalını dayandıra, həm də rahatca yaşaya bilər:“Başqa sözlərlə, Vladimir Putin və Məhəmməd bin Salman Çin lideri Şi Zinpinglə daim yaxşı münasibətdə olmalıdırlar. Belə bir vəziyyətin ABŞ da daxil qlobal nəticələri var”.

Müəllif vurğulayır ki, Çinin anbarlarında nə qədər neftin olduğunu yalnız bu ölkənin hakimiyyəti bilir, amma hər halda müəyyən təxminlər də olmamış deyil.”Reuters” agentliyinin təxminlərinə görə ötən il Çinin strateji neft ehtiyatı 788 milyon barrel olub. Uald yazır ki, bu təxminlərə hələ kommersiya ehtiyatları daxil edilməyib.

“Wood Mackenzie” konsaltinq firması mart ayında bildirmişdi ki, Çinin tam neft ehtiyatı 2020-ci ildə 1.15 milyard barrelə çata bilər. Bu isə o deməkdir ki, Çin bütün idxalını və daxili istehsalatı dayandırsa belə, neft almadan 4 aykeçinə bilər.

Uald yazır ki, gəlin bir anlığa Çinin Rusiya və ya Səudiyyəni idxalı tam kəsəcəyi ilə hədələməsini təsəvvür edək. Belə bir hədə gerçəkləşdirilərsə, neftə olan qlobal tələbat dərhal günə 2 milyon barrel azala bilər. Məqalədə deyilir ki, belə bir addım bütün neft bazarını təlatümə gətirər, neft qiymətlərini kəskin salardı.

Belə bir situasiyada neftindən imtina olunan Rusiya, Səudiyyə və ya başqa bir ölkə dərhal yeni alıcının axtarışına çıxar və bunun özü də neftin qiymətini bir az da ucuzlaşdırardı.

Məqalədə bildirilir ki, Çinin bu mənada hədəflədiyi neft ixracatçısı, əslində Birləşmiş Ştatlar da daxil bütün ixracatçılar böyük ziyan görərdi. Amma bütün hallarda bu, büdcələri neftdən asılı olan Rusiya və Səudiyyə üçün daha böyük zərbə olardı. Uald yazır ki, Çin başqa ölkələrə sadəcə olaraq öz neft anbarlarını doldurmaqdan imtina etməklə ziyan vura bilər.

Çinin özü günə 4.9 milyon barrel neft hasil edir. S&P Global Platts firmasının təxminlərinə görə, Çin sadəcə olaraq onun iqtisadiyyatına lazım olan nefti almaqla kifayətlənə bilər. Bu isə neftə olan tələbatın günə 1 milyon barrel azalması deməkdir.

Uald yazır: “Bu o deməkdir ki, söhbət neftdən gedəndə Rusiya və SəudiyyəƏrəbistanı Çindən asılıdırlar. Onların Çinə neft satmaq ehtiyacları var, amma anbarlarındakı neftin sayəsində Çin onların ixracatından asılı deyil. Qlobal səhnədə bu o deməkdir ki, Rusiya və Səudiyyə üçün istənilən məsələdə Çinə zidd mövqe tutmaq çətin olacaq”.

Müəllifin firkincə, bu, yaxın gələcəkdə ABŞ-ın və başqa ölkələrin koronavirus pandemiyasının kökünü axtardıqları bir məqamda böyük əhəmiyyətə malik olacaq bir məsələdir. (azadliq.org)