XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 İyun 2020 - 17:31

ABŞ-da bir gündə 2 500-ə yaxın insan koronavirusdan ölüb –Cons Hopkins Universiteti

Son sutka ərzində ABŞ-da yeni növ koronavirusa yoluxma ilə bağlı 40 minə yaxın fakt aşkarlanıb, 2,4 mindən çox insan COVID-19 qurbanı olub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetdən verilən məlumata görə, son 24 saat ərzində ABŞ-da 39 972 yoluxma halı qeydə alınıb, əlavə olaraq 2 425 xəstə virusdan ölüb.

Qeyd olunur ki, ABŞ-da pandemiya dövründə ümumilikdə 2 222 312 yoluxma, 124 415 ölüm hadisəsi qeydə alınıb. 663 mindən çox insanın sağaldığı bildirilir.

Universitetin məlumatına görə, dünyada 9,6 milyondan çox insan koronavirusa yoluxub, 489.5 mindən çox insan COVID-19 qurbanı olub. (report)