XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

26 İyun 2020 - 19:11

Koronavirus əleyhinə antikorların sınağı üçün könüllülər axtarılır- Britaniyada

Böyük Britaniyada koronavirus əleyhinə hazırlanan antikorların sınağı üçün könüllülər axtarılır. Test üçün Milli Səhiyyə Xidməti və başqa dövlət qurumlarından olan işçilər də müraciət edə bilərlər.

İctimai səhiyyə təşkilatı sınaq üçün 2500 könüllünün tələb olunduğunu açıqlayıb. Martda hökumət 3,5 milyon test alıb.

Alimlər testlərin keçirilməsində əsas məqsədin koronavirusla mübarizəyə dair anlayışları daha da inkişaf etdirmək olduğunu açıqlayıblar.

Qeyd edək ki, antikorlar insan bədəninin virusla mübarizə üçün istehsal etdiyi xüsusi zülallardır. Əgər qanın tərkibində müəyyən antikorlar aşkar edilərsə, bu, o deməkdir ki, həmin şəxs artıq yoluxucu bir xəstəlik keçirib, lakin bu barədə məlumatı olmaya bilər(azərtac).