XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

26 İyun 2020 - 20:10

COVID-19 xəstələrinin müalicəsi üçün dərmanların istehsalına başlanıldı- Misirdə

Misirin “Eva Pharma” əczaçılıq şirkəti COVID-19-a yoluxan xəstələrin müalicəsində istifadə ediləcək “Remdesivir” və “Favipiravir” dərman preparatlarının istehsalına başlayıb. Bu dərmanlardan birincisi intensiv müalicə olunan pasiyentlərin orqanizminin oksigenlə təmin edilməsini asanlaşdırır. Bundan əvvəllər Ebola virusuna yoluxanların müalicəsində də istifadə edilib.

Azərtac xəbər verir ki, ABŞ-ın “Gilead Sciences” biofarmasevtika şirkətindən lisenziya alan Misir firması “Remdesivir”i 127 ölkəyə ixrac edəcək. “Eva Pharma”nın mətbuat açıqlamasında qeyd olunub ki, bir qutusu 125 dollara satılacaq bu dərmanın ilkin mərhələdə ayda 50 min dozası istehsal ediləcək. Firma artıq Misirin karantin xəstəxanalarını preparatla təchiz etməyə başlayıb. Digər preparat – “Favipiravir”in isə ilk partiyası üç həftədən sonra xəstəxanalara çatdrılacaq. Onun yekun qiyməti hələ müəyyən edilməyib. Bu dərman Yaponiyanın “Avigan” preparatının əvəzedicisidir.

Misir şirkəti dərman preparatlarını Yaxın Şərq və Afrika ölkələrinə göndərəcək, sonra isə başqa dövlətlərdən də sifarişlər qəbul ediləcək.