XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2020 - 18:50

Belarusda koronavirus:daha 382 nəfər yoluxdu, ölənlər var

Belarusda son sutkada koronavirusa daha 382 yoluxma və bu xəstəlikdən 4 ölüm faktı qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bununla da ölkədə yoluxanların ümumi sayı 61 095-ə, ölənlərin sayı isə 377-yə çatıb.

Məlumata görə, pandemiyadan 44 126 pasiyent sağalıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun ikinci dalğasının başlayacağı barədə xəbərdarlıq edərək daha ciddi hazırlıq işləri görməyi tapşırmışdı.

Belarus əhalisinin sayı 9 475 174 nəfərdir/Report.