XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2020 - 19:31

Ermənistanın Rusiyadakı keçmiş baş konsulu MTX-yə çağırılıb

Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılıb.

“Report” xəbər verir ki, məlumatı “Lragir” yayıb.

Ruben Akopyan iyunun 26-da Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyasında iştirak və çıxış edib. O, Konstitusiya Məhkəməsinin 3 üzvünün və sədrinin səlahiyyətlərinin dayandırılmasını qanunazidd adlandırıb.

Qeyd edək ki, iyunun 22-də Ermənistan parlamenti tərəfindən konstitusiyaya dəyişiklik edilməklə məhkəmə sədrinin səlahiyyətləri dayandırılıb.

Xatırladaq ki, Ruben Akopyan 1955-ci ildə Ermənistanda anadan olub. 1983-cü ildə Leninqrad Dövlət Universitetini bitirib. İxtisasca jurnalist-filoloqdur. O, 2000-2008-ci illərdə Ermənistanın Sankt-Pterburq şəhərində baş konsulu işləyib. 2012-ci ildə Ermənistan parlamentinə üzv seçilib.