XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2020 - 23:53

Dünya Bankı Ukraynaya 350 milyon dollar kredit ayırır

Dünya Bankı Ukraynaya 350 milyon dollar kredit ayıracaq.

Trend-in məlumatına görə, vəsait ölkənin iqtisadi bərpasının dəstəklənməsinə yönəldiləcək.

Bankdan bildiriblər ki, həmin məbləğ ölkədə torpaq və kredit bazarlarının möhkəmləndirilməsinə, antikorrupsiya təşkilatlarının dəstəklənməsinə, eləcə də əhalinin, xüsusilə də yaşlı insanların COVID-19 pandemiyası fonunda sosial müdafiəsi sisteminin gücləndirilməsinə sərf olunacaq.

Xatırladaq ki, bu ayın əvvəlində Ukrayna Avropa Komissiyasından iqtisadi dəstək məqsədilə 500 milyon avro məbləğində kredit almışdı.