XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2020 - 09:08

Dünyada koronavirus:ölüm sayı 500 mini keçib

Dünyanı bürüyən koronavirus pandemiyası (COVID-19) bu günədək 500 mindən çox insanın ölümünə səbəb olub.

Bakı vaxtı ilə saat 04:00-a olan statistikaya əsasən, dünya əhalisinin ümumilikdə 500 608 nəfəri bu görünməz bəlanın qurbanına çevrilib.

Son bir sutkada daha 4529 nəfər virusla mübarizəyə tab gətirə bilməyib və dünyasını dəyişib.

İndiyədək ən çox ölüm halları ABŞ (128 152), Braziliya (57 103), Böyük Britaniya (43 514), İtaliya (34 716), Fransa (29 778), İspaniya (28 341), Meksika (25 779), Hindistan (16 103), İran (10 364) və Belçikada (9732) qeydə alınıb.

Azərbaycanda isə 193 nəfər infeksiyaya yoluxma nəticəsində vəfat edib.