XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2020 - 10:24

Avropa İttifaqı ölkələrinə aviauçuşlar bərpa olunur –Bu ölkələrdə

İyulun 1-dən başlayaraq Avropa İttifaqı ölkələrinə aviauçuşlar bərpa olunur.

İlk mərhələdə 6 Qərbi Balkan ölkəsindən – Albaniya, Bosniya və Hersoqovina, Kosova, Monteneqro, Şimali Makedoniya və Serbiyadan Avropa İttifaqına uçuşlara icazə verilməsi gözlənilir.

Bu ölkələrdə koronavirusa yoluxma səviyyəsi aşağıdır. Gələcəkdə siyahının genişləndirilməsi planlaşdırılır. Ancaq bu siyahıya Rusiya və Belarus kimi ölkələrin daxil edilməsi barədə hazırda müzakirə belə aparılmır.

Artıq Avropa aeroportlarında sərnişinlərin aeroporta daxil olarkən, o cümlədən uçuş müddətində tibbi maska taxması məcburidir. İstisna yalnız 6 yaşına qədər uşaqlar üçündür. 6 yaşına qədər uşaqların maska taxması tibbi baxımdan məqsədəuyğun sayılmır. Eyni zamanda sərnişinlər maskanı 4 saatdan sonra dəyişdirməli, o cümlədən müntəzəm olaraq əllərini yumalı, dezinfeksiya etməlidirlər. 4 saatdan artıq davam edəcək uçuşlarla bağlı sərnişinlərdə ən azı 1 ehtiyat maska olması yoxlanacaq.

Almaniyanın aeroportlarının əksəriyyətində sərnişinlərə yalnız bir əl yükü götürməsinə icazə veriləcək. Bu, sərnişinlərin yüklərinə baxılması müddətini azaldacaq, nəticədə aeroportda yoluxma riskini minimuma endirəcək. Yüklərə baxılan zaman da 1,5 metr sosial məsafə qorunmalıdır. Almaniya aeroportlarında hazırda bütün sərnişinlərin temperaturunun ölçülməsinə dair tələb yoxdur. Lakin aeroportlarda bununla bağlı lazımi avadanlıq olmalıdır. Bəzi aviaşirkətlər isə sərnişinlərə könüllü koronavirus testindən keçməyi təklif edir. Məsələn, “Lufthansa” aviaşirkəti Münhen və Frankfurt aeroportlarında belə bir xidmət təşkil edəcək. Testlərin cavabı 4 saata məlum olacaq. Bu, daha çox koronavirus testi tələb olunan ölkələrə uçan sərnişinlər üçün nəzərdə tutulur. /APA