Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 40-a yaxın əməkdaşı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“40-a yaxın əməkdaşımız koronavirusa yoluxub. Bir nəfər vəfat edib. Koronavirusdan ölən şəxsin 62 yaşı olub, onun həyat yoldaşı təcili tibbi yardım xidmətində çalışıb və görünür ki, o, xəstəliyi asimptomatik olaraq keçirib”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (apa)