XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2020 - 14:46

İranda COVID-19:son sutkada 162 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 162 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10 670 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 536 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 225 205 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 186 180 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3037 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)