XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 İyun 2020 - 17:21

Fransanın keçmiş baş naziri və xanımına hökm oxundu –Məhkəmə

Paris məhkəməsi Fransanın keçmiş baş naziri Fransua Fiyon 3 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edib.

Məlumatı “İzvestiya” yayıb.

Fransa hökumətinin keçmiş başçısı həyat yoldaşı Penelop Fiyonu saxta yolla işə düzəltməklə bağlı cinayət işi üzrə mühakimə olunub. Xanım Fiyon da cinayətdə iştirak etdiyi üçün 3 il müddtinə şərti olaraq azadlıqdan məhrum edilib.

F.Fiyon və onun yaxın ətrafı barədə qalmaqal 2017-ci ilin yazında prezident seçkisi kampaniyası zamanı gündəmə gəlib. Penelop Fiyon 8 il ərzində qanunsuz yolla deputat köməkçisi maaşını almaqda təqsirli bilinib.

Qeyd edək ki, Fransua Fiyon 2007-ci il mayın 17-dən 2012-ci il mayın 10-dək, Nikolya Sarkozi prezidentliyi dövründə baş nazir olub. (report)