XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2020 - 20:49

Rusiyada əhalinin siyahıyaalınması təxirə salınıb –Statistika Komitəsi

Rusiyada əhalinin siyahıyaalınması gələn il keçiriləcək.

Bunu Rusiya Statistika Komitəsinin rəhbəri Pavel Malkov bildirib.

“Rusiya hökumətinin qərarına əsasən, əhalinin siyahıyaalınması aprelin 1-dən 30-dək keçiriləcək. Qərar tezliklə çap olunacaq”, – o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl bu kampaniyanın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu, lakin koronavirus səbəbindən təxirə salındı. (report)