XƏBƏR LENTİ

01 Mart 2021
28 Fevral 2021

Digər Xəbərlər

30 İyun 2020 - 10:47

Hindistanda son sutkada 18522 nəfər koronavirusa yoluxdu –418 nəfər vəfat etdi

Hindistanda son sutkada aşkar edilən yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 18 522 təşkil edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Hindistanda virusa yoluxanların ümumi sayı 566 840 nəfərə çatıb. Eyni zamanda, ölkədə 215 125 nəfərin müalicə aldığı, 334 821 nəfərin sağaldığı (son gündə 13 099), 16 893 nəfərin isə öldüyü (son gündə 418) vurğulanıb.

Cons Hopkins Universitetinin hesablamalarına görə, Hindistan yoluxma halların sayına görə dünyada dördüncü yerdədir/Report.