XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyun 2020 - 15:56

Putin Rusiya vətəndaşlarını Konstitusiya düzəlişlərinə səs verməyə çağırdı:"Sizin hər birinizin səsi vacibdir”

Rusiya prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edib.

Məlumata görə, prezident rusiyalıları Konstitusiyaya düzəlişlərə səs verməyə çağırıb.

O, hər bir fərdin səsinin vacib olduğunu qeyd edib: “Sabah – iyulun 1-i əsas səsvermə günüdür. Əziz dostlar, sizdən öz sözünüzü deməyinizi xahiş edirəm. Sizin hər birinizin səsi vacibdir”.

Dövlət başçısı səsvermənin bir neçə gündür, davam etdiyini xatırladıb. O, bu addımın  insanların sağlamlığının qorunması üçün atıldığını vurğulayıb.

Ölkənin əsas qanununa dəyişikliklərlə bağlı mövqeyini xatırladan Putin bildirib ki, bu, dəqiq, dəyişilməz və tamamilə qəti mövqedir: “Təklif olunan bütün düzəlişlər ancaq sizin dəstəyinizlə qüvvəyə minəcək. Əminəm ki, Konstitusiyaya düzəlişlərə səs verərək rusiyalılar yaşamaq istədikləri ölkəyə səs verəcəklər”.

APA