İsveçrədə son sutka ərzində 62 yeni koronavirusa yoluxma halı aşkar edilib.
“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin federal səhiyyə idarəsindən məlumat verilib.
Bildirilib ki, bununla ölkədə COVID-19 xəstələrinin sayı 31 714 nəfərə çatıb.
Eyni zamanda, son gündə 2 nəfər virusdan ölüb, bununla da COVID-19 qurbanlarının sayı 1 684 nəfərə çatıb.
Epidemiya başlayandan bəri koronavirus ilə bağlı ümumilikdə 572 664 test keçirilib/Report.