XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2020 - 11:24

Azərbaycanlılar yaşayan kənddə karantin götürüldü- Vaxtından əvvəl

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində sərt karantin rejimi götürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsindən bildirilib.

Ötən gün kənddə sərt karantin qaydalarının iyulun 6-da ləğv olunmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, Muşevanidə sərt karantin rejimi aprelin 25-dən tətbiq olunub. Kənddə koronavirus 80 sakində aşkarlanıb. Onların 1-i vəfat edib.