XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2020 - 12:25

Rusiyada kommunal xidmətlər bahalaşıb- Bu gündən

Bu gündən Rusiyada mənzil-kommunal xidmətlərinin tarifləri artıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkə üzrə orta artım 4% təşkil etdi. Rusiya hökuməti ölkənin hər bir bölgəsi üçün “kommunal mənzil” üçün vətəndaşların məcmu ödəmələrinin maksimum artımını məhdudlaşdıran indekslər müəyyənləşdirib.

Ən minimal bahalaşma Nenets Muxtar Dairəsində – 2,4%, maksimal bahalaşma isə Çeçenistan Respublikasında qeydə alınıb – 6,5%.

Moskvada kommunal xidmətlər 5%, Sankt-Peterburqda isə 3,8% bahalaşıb.