XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2020 - 15:31

Gürcüstanda vitse-spikerlərin sayı azaldılır- Parlament azlığı statusu ləğv edilir

Gürcüstan parlamentinin sədr müavinlərinin sayı 7 nəfərdən 5 nəfərədək azaldılır.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı qanunverici orqanın prosedurlar qaydasına düzəlişlər edilib.

Düzəlişləri üçüncü oxunuşda 89 deputat dəstəkləyib.

Fraksiyaların formalaşdırılması üçün də qaydalar yenilənib. Bundan sonra ən azı 7 deputat fraksiya yaratmaq hüququna malik olacaq.

Bundan başqa, parlament azlığı statusu ləğv edilir. Qanunverici orqanda parlament çoxluğu və parlament müxalifəti olacaq.