Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheylinin “Şərq Tərəfdaşlığı” ölkələri Xarici İşlər nazirləri ilə videokonfrans formatında görüşü keçirilir.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN rəsmi “Twitter” hesabında məlumat yayıb.
Görüşdə Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Virtual konfransın keçirilməsində məqsəd 2021-ci ilin martında Brüsseldə baş tutacaq “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin üzbəüz görüşü üçün hədəflərin müəyyənləşdirilməsidir.