XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2020 - 20:53

Qazaxıstanda iki həftəlik karantin tətbiq ediləcək

Qazaxıstan Nazirlər Kabineti koronavirusla bağlı iyulun 5-dən etibarən 14 günlük karantin tətbiq etmək planını təqdim edib.

“Report” “Khabar 24”ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev “Twitter”dəki hesabında bildirib.

Qeyd olunub ki, ölkədə karantin müddəti uzadıla bilər. Sabah İdarələrarası Komissiyanın iclasından sonra səhiyyə nazirinin izahatı dinləniləcək.

Qeyd edək ki, Qazaxıstanda koronavirusla bağlı 16 mart-11 may ərzində fövqəladə vəziyyət tətbiq edilmişdi. Hazırda ayrı-ayrı bölgələrdə karantin məhdudiyyətləri qüvvədə olsa da, son günlər vəziyyətin kəskinləşməsi üzündən məhdudiyyətlər artırılıb.

İndiyədək 41 065 nəfərin koronavirusa yoluxduğu Qazaxıstanda 188 nəfər ölüb, 13 614 nəfər isə sağalıb.