XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2020 - 22:07

Türkiyədə koronavirusa yoluxanların sayı 200 mini keçib- Nazirdən açıqlama

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından bu gün daha 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 52 313 şübhəli koronavirus testindən keçib, onlardan 1192-nin cavabı pozitiv çıxıb. Bu gün daha 2311 xəstə sağalıb.

F.Qoca deyib ki, Türkiyədə indiyədək yeni növ koronavirus infeksiyasından 5150 nəfər ölüb, 201 098 nəfər bu infeksiyaya yoluxub, 175 422 nəfəri isə müalicə olunub.