ABŞ prezidenti Donald Tramp yenidən koronavirusun hansısa bir anda yox olacağına əminliyini ifadə edib.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalının efirində deyib.
ABŞ rəhbəri bildirib ki, xəstəliyin vaksini artıq tezliklə meydana çıxacaq.
“Mən inanıram ki, o, (koronavirus-red) hansısa bir anda bu gedəcək və mən inanıram ki, çox tezliklə bizdə vaksin olacaq”, – Donald Tramp bildirib.