XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 10:52

Almaniyada son sutkada 503 nəfər koronavirusa yoluxub –Ölənlər var

Almaniyada yeni növ koronavirus infeksiyasına (COVID-19) son sutka ərzində 503 yeni yoluxma qeydə alınıb, daha 9 nəfər bu virusun qurbanına çevrilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində olan və COVID-19-la bağlı statistika aparan Robert Kox institutu məlumat yayıb.

Bundan bir gün əvvəl 466 yoluxma və 12 ölüm faktının qeydə alındığı bildirilmişdi.

İnstitutun məlumatına görə, Almaniyada ümumilikdə 195 228 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 8994-ü vəfat edib, təxminən 180,3 min insan isə müalicə olunaraq sağalıb.

Ən çox yoluxma halları Bavariyada (48 547), Şimali Reyn-Vestfaliyada (43 436) və Baden-Vürtemberqdə (35 744) rast gəlinib. Berlində indiyədək 8302 nəfərdə koronavirus aşkar olunub.