Ermənistanda son sutkada 593 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 26 658-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 459-a çatıb. İndiyədək 15 036 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 11 010 aktiv koronavirus xəstəsi var/Report.