XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 12:26

Rusiyada səsvermə protokollarının hamısı açıqlanıb –77,9% Konstitusiya dəyişikliklərinin lehinə səs verib

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiya dəyişikliklərinə dair səsvermə protokollarının hamısını sayıb.

Məlumata görə, Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin lehinə 77,9%, əleyhinə 21.27% səs verib. 

Qeyd edək ki, Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsi daha əvvəl aprelin 22-nə təyin olunub. Koronavirus pandemiyası səbəbindən təxirə salınan səsvermə iyunun 25-dən başlayaraq bir həftə ərzində keçirilib. İlk dəfə Rusiya seçki tarixində elektron səsvermə baş tutub. Moskva şəhəri və Nijeqorod vilayəti sakinləri iyunun 25-dən 30-a kimi onlayn formada səs veriblər.

Budəfəki seçkilərdə Rusiya əhalisi paket formada, yəni, təklif olunan bütün dəyişikliklərə birdəfəlik səs verib. Buna səbəb isə mövcud Konstitusiyaya 200-dən çox dəyişikliyin təklif edilməsi və hər bir düzəlişə ayrıca olaraq səsvermənin texniki cəhətdən mümkün olmadığı göstərilib.

Təklif olunan düzəlişlər qüvvəyə minsə, Rusiya Konstitusiyasında ilk dəfə olaraq Allaha inam, nikahın məhz qadın və kişinin birliyi olması, eləcə də Dövlət Şurası terminləri əksini tapmış olacaq.

Bundan başqa, əsas qanunda rus dilinə dövlət yaradan xalqın dili deyiləcək.

Əsas dəyişiklik isə odur ki, hazırkı dövlət başçısının prezidentlik müddəti “sıfırlanacaq” ki, bu da Vladimir Putinə 2024 və 2030-cu illərdə yenidən prezidentliyinə namizədliyini irəli sürmək imkanı verəcək/APA.