XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 18:18

Çavuşoğlu Almaniyada:“Fransa Türkiyədən üzr istəməlidir”

Almaniya Türkiyəyə səyahət məhdudiyyətini bir daha nəzərdən keçirməlidir.

Bu barədə Almaniyada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə mətbuat konfransında bildirib.

H. Maas isə öz növbəsində deyib ki, Almaniya turizm mövzusunda məhdudiyyət məsələsinə yenidən baxacaq.

M. Çavuşoğlu Almaniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə obyektiv mövqeyi ilə çıxış edəcəyinə əminliyini ifadə edib.

Türkiyənin Şərqi Aralıq dənizində Fransa gəmilərinə məhdudiyyət qoyması ilə bağlı suala cavabında M. Çavuşoğlu vurğulayıb ki, Türkiyə belə bir hərəkətə yol verməyib və buna görə Fransa Türkiyədən üzr istəməlidir/APA.