XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2016 - 11:27

ABŞ kəşfiyyatından Türkiyəyə növbəti terror xəbərdarlığı –Məktub göndərildi

terror

ABŞ-ın kəşfiyyat xidməti Türkiyədə fəaliyyət göstərən ABŞ şirkətlərinə məxfi məlumat ötürüb. 

“Habertürk” xəbər verir ki, ABŞ sərmayəsi ilə fəaliyyət göstərən şirkətlərə göndərilmiş məlumatda qeyd edilir ki, martın 20-də Türkiyədə növbəti böyük terror aktı törədilə bilər.

ABŞ səfirliyinin Ankaradakı “Qızıl Ay” meydanında törədilmiş teraktdan 2 gün əvvəl etdiyi müraciət hələ də aktuallığını qoruyarkən növbəti belə bir müraciətin daxil olması diqqəti cəlb edir. Maraqlıdır ki, Novruz bayramının həftə sonuna təsadüf etməsi əsas gətirilərək edilmiş müraciətdə şirkət əməkdaşlarının terror qruplaşmalarının ola biləcəyi istənilən nöqtədən uzaq durmasının vacibliyi qeyd edilir. Məlumatda dövlət və hökumət binaları ilə yanaşı, ictimai binaların, hərbi birliklərin, diplomatik korpusların, ibadət və turizm yerlərinin də hədəf ola biləcəyi qeyd edilir.

ABŞ kəşfiyyatı Türkiyədə yaşayıb işləyən həmyerlilərinə ailələrini də məsələ ilə bağlı xəbərdar etmələri, əvvəlcədən planlaşdırdıqları səfərlər və marşrutlarla bağlı dəyişikliklər etmələri tapşırılıb(Lent.az).