XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2020 - 21:01

Bu il Gürcüstanda 274 nəfər QİÇS-ə yoluxub

Gürcüstanda QİÇS-ə 274 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.

İyulun 2-nə olan məlumata əsasən, qonşu ölkədə bu xəstəliyə yoluxanların ümumi sayı 8 376 nəfər təşkil edir. Onların 6 252-si kişi, 2 124-ü isə qadındır.

Pasiyentlərin böyük əksəriyyəti 29-39 yaş qrupuna daxildir. QİÇS 4 340 nəfərdə inkişaf edib, 1 705 pasiyent isə vəfat edib.

Yoluxma hallarının böyük hissəsi 3 029 olmaqla Tbilisinin payına düşür.

QİÇS-ə yoluxan uşaqların sayı isə 116-dır. Onların 70-i oğlan, 46-sı qızdır. Uşaqlar arasında bu xəstəlikdən 27 ölüm halı baş verib.