XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2020 - 21:11

Türkiyədə COVID-19-a yoluxanların 49 faizi yaşı 25-dən 49-dək olanlardır- Rəsmi statistika

Türkiyədə mart-iyun ayları ərzində 3 milyon 297 min 509 nəfər COVID-19 testindən keçirilib. Onlardan 198 min 284-də xəstəlik aşkarlanıb, 5 min 97 nəfər vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ölkədə ilk yoluxma faktının qeydə alındığı martın 11-dən iyunun 28-dək olan dövr ərzində COVID-19-la bağlı vəziyyət barədə məlumatda bildirilir.

Qeyd edilir ki, ölkə üzrə ən çox yoluxma halları 108 min 749 nəfərlə İstanbulda qeydə alınıb. Yoluxanların 48 faizini qadınlar, 52 faizini isə kişilər təşkil edir. Ümumi xəstələrin 49 faizi 25-49 yaş arası, 7,3 faizi 15 yaşdan aşağı, 2,6 faizini isə yaşı 80-dən yuxarı olanlardır. Bu şəxslər arasında yaşı 80-dən yuxarı olanlarda xəstəliyin ən ağır forması müşahidə edilib. Bütün ölümlərin 70 faizini isə yaşı 65-dən yuxarı olanlar təşkil edib(azərtac).