XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyul 2020 - 00:21

İtaliyada koronavirus:son sutkada daha 30 nəfər ölüb, 200 nəfər yoluxub

İtaliyada son sutka ərzində koronavirusdan 30 nəfər ölüb, 200 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə naziri Roberto Speranza açıqlamasında bildirib.

O qeyd edib ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 240961 nəfərə, ölənlərin sayı isə 34 818 nəfərə çatıb.

Hazırda ölkədə virusa yoluxan 15000-dən çox aktiv xəstə var. Onlardan 963 nəfəri xəstəxanaya yerləşdirilib.

366 nəfərin sağalaraq evə buraxıldığı bildirilib.

Son 24 saat ərzində Lombardiya bölgəsində isə 98 yeni yoluxma halı, 21 ölüm hadisəsi qeydə alınıb/APA.