XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2020 - 09:32

Almaniyada infeksiyaya yoluxanların sayı 195 mini keçdi –Robert Kox İnstitutu

Almaniyada 503 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, ölkədə bütün vaxt ərzində COVID-19-a 195 674 yoluxma qeydə alınıb. Yoluxanların 181 mini sağalıb, 9 003 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Yoluxma hallarının ən böyük sayı Bavariya, Şimal Reyn-Vestfaliya və Baden-Vürtemberqdə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)