XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2020 - 14:46

İranda koronavirus:ölənlərin sayı 11 260 nəfərə çatıb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 154 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 260 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 566 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 235 249 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 196 464 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 123 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)