XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2020 - 16:07

Türkiyədə fişəng fabrikində partayış olub –2 nəfər ölüb, 73 nəfər yaralanıb 

Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikindəki partlayış nəticəsində 2 nəfər ölüb, 73 nəfər yaralanıb.

Məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Fabrikin deposunda 110 ton partlayıcı olduğu bildirilib.

***

Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 41 nəfər yaralanıb.

Məlumatı Türkiyə KİV-i yayıb.

Partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Sakinlər partlayışı zəlzələ zənn ediblər.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Fabrikdə 195 nəfər işləyir. Hadisənin səbəbi hələ ki məlum deyil.

Bildirilib ki, son 11 ildə bu həmin fabrikdə 3-cü partlayışdır. 2009-cu ildə baş verən ilk hadisə nəticəsində bir nəfər ölmüş, 37 nəfər yaralanmışdı. İkinci hadisə 2014-cü ilin dekabrında olub. Nəticədə bir fəhlə ölmüş, 2 fəhlə yaralanmışdı. (report)