XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2020 - 21:12

İsveçrədə koronavirus:yoluxanların sayı 32 mini ötdü

İsveçrədə son sutka ərzində 134 yeni COVID-19 hadisəsi aşkar edilib. Bununla da ölkədə epidemiyanın əvvəlindən bəri virusa yoluxanların ümumi sayı 32 101 nəfərə çatıb.

Bu barədə ölkənin Federal Səhiyyə İdarəsindən məlumat verilib.

İsveçrədə 1 666 nəfər koronavirus qurbanı olub.

Epidemiyanın başlamasından bəri koronavirusla bağlı 614 283 test götürülüb. Orta hesabla 6,3% halda virus aşkar edilib.

Aprelin 27-dən İsveçrədə mart ayının ortalarından koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının ilk mərhələsinə başlanılıb. Bərbərxanalar, gözəllik salonları, diş həkimlərinin obyektləri, çiçək və məişət əşyaları mağazaları yenidən açılıb. Yüngülləşdirmənin ikinci mərhələsi isə mayın 11-dən başlayıb. (report)