XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

15 Mart 2016 - 12:54

Başına 5 milyon “qoyulan” “Çeçen Ömər” öldü- Pentaqon təsdiqlədi

1775667


Pentaqon İŞİD-in yüksək rütbəli səhra komandiri Ömər əş-Şişaninin (Çeçen Ömər) öldüyü barədə məlumat yayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, cihadçıların hərbi naziri vəzifəsini icra edən Şişaninin çoxsaylı yaralara görə həyatını itirdiyi bildirilir.

Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin sözlərinə görə, İŞİD komandiri bir həftə əvvəl ABŞ aviasiyasının hava zərbələri zamanı yaralanıb.

Martın 13-də Suriya Müşahidə Şurasından Şişaninin vəziyyətinin kritik olduğu barədə məlumat yayılmışdı. 

Ömər əş-Şişanini İŞİD lideri Əbubəkr Bağdadinin hərbi məsələlər üzrə əsas məsləhətçilərindən biri idi. O həm də Rakkada əcnəbilərin saxlanıldığı həbsxanaya nəzarət edirdi.

Şişaninin başına 5 milyon dollar qoyulmuşdu. Əslən çeçen olan Əbu Ömər Gürcüstanda anadan olub. Onun əsl adı Tarxan Teymurazoviç Batiraşvilidir.