XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2020 - 23:59

ÜST koronavirusun sürətlə yayıldığı ölkələrə müraciət edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna yoluxma hallarının yenidən artmağa başladığı ölkələrin sakinlərini evdən çölə imkan daxilində az çıxmağa çağırıb.

Bu barədə təşkilatın Kəskin Xəstəliklər Bölməsinin Texniki Qrupunun rəhbəri Maria van Kerkhove bildirib.

“Virusun artması və ya sürətlə yayılmasının mövcud olduğu ölkələrdə hər kəs qarşısında seçim var. Hər kəs virusa yoluxduğu halda infeksiyanın daha da yayılmaması üçün nə etməli olduğunu bilməlidir. Siz də öz seçiminizi edə bilərsiniz. Həmin bölgələrdə olarkən sizə evdə qalmanızı deyirlərsə, evdə qalın. Çünki ön xətdə çalışanlar bunu edə bilmir. Bu məsələdə hamımız üzərimizə düşəni etməliyik”, – o qeyd edib. (report)