XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2020 - 14:45

Türkiyə parlamentinə yeni sədr seçiləcək- İyulun 7-də

Türkiyə qanunvericiliyinə uyğun olaraq 27-ci çağırış Böyük Millət Məclisinə ikinci dövr üçün yenidən sədr seçiləcək. Parlamentin hazırkı sədri Mustafa Şentop yenidən parlamentin rəhbərliyi uğrunda mübarizə aparacaq.

27-ci çağırış parlamentinin ikinci dövründə sədrlik uğrunda dörd namizəd mübarizə aparacaq. Parlamentdə təmsil olunan Milliyyətçi Hərəkat Partiyası (MHP) öz namizədini irəli sürməyib. MHP hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentopu dəstəkləyəcək. Bu razılaşma Mustafa Şentopun sədr seçilmək şansını daha da artırır.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, parlament sədri iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şentopun parlament sədri kimi səlahiyyət müddəti başa çatır. Yeni sədrin seçkisi isə iyulun 7-də olacaq(azərtac).