XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2020 - 16:12

Pandemiya AFR büdcəsinə 217,8 milyard avroya başa gəlib

Bundestaqın dünənki iclasında ölkənin dövlət büdcəsinə düzəlişlər bəyənilib. Beləliklə, AFR-in dövlət borcunun məbləği 217,8 milyard avro artıb.

Qəbul edilmiş düzəlişlərə əsasən xəzinə ehtiyatlarından ayrılacaq bu məbləğ əhalinin alıcılıq qabiliyyətinin stimullaşdırılması və biznesin dəstəklənməsi üçün nəzərdə tutulur. Qanunvericilərin fikrincə, bu tədbir pandemiya nəticəsində yaranmış dərin iqtisadi böhrandan çıxmağa köməyə yönəldilib.

AFR Maliyyə Nazirliyi bundestaqın bu qərarını alqışlayaraq bildirib ki, böhran dövrlərində hökumət qənaət etməməlidir. Maliyyə Nazirliyinin planına əsasən yeni borc 20 il ərzində ödəniləcək.

Eyni zamanda, Bundestaqın bu qərarı Almaniya cəmiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Bəzi analitiklər dövlət büdcəsinə düzəlişləri kəskin tənqid ediblər. Onların fikrincə, ölkənin bu qədər borca düşməsi düzgün addım deyil. Şərhçilərdən biri “Bild” qəzetinin bugünkü nömrəsində yazır: “217,8 milyard avronu bizim övladlarımız və nəvələrimiz ödəməli olacaqlar”.