XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2020 - 22:33

COVID-19-la əlaqədar işıqfor xəbərdarlıq sistemi tətbiq ediləcək- Avstriyada

Avstriyada koronavirus pandemiyasına qarşı uğurlu nəticələr əldə edildikdən və buna görə də məhdudiyyətlərin əksər qismi aradan qaldırıldıqdan sonra ölkədə yoluxma halları yenidən artmağa başlayıb.

Azərtac xəbər verir ki, Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober əhalini yoluxma hallarının vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün işıqfor xəbərdarlıq sistemi tətbiq ediləcək. Qış idman növlərinin sevildiyi Alp ölkəsinin sakinləri belə bir sistemi dağlarda qar uçqunları təhlükəsi ilə əlaqədar yaxşı tanıyırlar. Nazir qeyd edib ki, dörd pillədən (yaşıl, sarı, narıncı və qırmızı) ibarət “koronavirus işıqforu” həm ümumölkə səviyyəsində, həm də ayrı-ayrı federal əyalətlər üzrə yoluxmanın vəziyyətini əks etdirəcək. Sentyabr ayınadək tam şəkildə tətbiqi başa çatmalı olan sistem əsasında əhali yoluxma təhlükəsinin harada daha yüksək olduğunu biləcək.

R.Anşober payız aylarının pandemiyanın yenidən vüsət götürməsi ilə bağlı həssas dövr olduğunu qeyd edərək, həm işıqfor sisteminin, həm də digər preventiv addımların həmin dövrədək işlək vəziyyətə gətirilməli olduğunu ifadə edib. Hazırda işıqfor sistemi elmi əsaslar və meyarlarla koronavirus infeksiyasının yayılması vəziyyətinə uyğunlaşdırılır. İşıqforun rəngləri, eyni zamanda, rəsmi qurumlara hansı regionda məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməli və ya yüngülləşdirilməli olduğunda da kömək edəcək.