Bu gün Xorvatiya bir palatalı parlamentində 151 yer uğrunda seçkilər keçiriləcək.
Seçkilərdə 70-ə yaxın partiya, birlik və koalisiyadan 2,6 mindən çox namizəd mübarizə aparacaq.
Gözlənildiyi kimi, əsas mübarizə hakim partiya – Xorvatiya Demokratik Birliyi (XDB) ilə ana müxalifət qüvvəsi olan Sosial Demokrat Partiyası (SDP) arasında olacaq.
Qeyd edək ki, XDB-yə Baş nazir Andrey Plenkoviç, müxalifəti birləşdirən “Reboot” koalisiyasının başında duran SDP-yə isə Davor Bernardiç rəhbərlik edir. /APA