XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 İyul 2020 - 23:54

İordan çayı sahilində qarşıdurma:4 israilli və 2 fələstinli yaralanıb

İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında yəhudi köçkünlərlə fələstinli fermerlər arasında baş verən qarşıdurma zamanı iki fələstinli güllə yarası alıb, dörd israilli isə onlara daş atılması nəticəsində xəsarət alıb.

Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Məlumata görə, qarşıdurma İsrailin Maale-Şomron qəsəbəsi və Fələstinin Biddiya kəndi arasındakı mübahisəli torpaqlarda əkin sahəsi üstündə gənc israilli köçkünlərlə fələstinli fermerlər arasında başlayıb. Fələstinlilər israilliləri daşqalaq etməyə başlayıb, bunun cavabında israillilərdən biri odlu silahdan atəş açıb. Nəticədə dörd yəhudi köçkün və bir fələstinli yüngül xəsarət alıb, ikinci fələstinlinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Nəşr qeyd edir ki, İsrail polisi Maale-Şomron qəsəbəsindəki toqquşmanın kim tərəfindən başlandığını müəyyənləşdirməyib.