XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2020 - 10:34

ABŞ-da iri qaz kəməri layihəsi bağlanıb –Səbəb

“Dominion Energy” və “Duke Energy” şirkətləri ABŞ-da tikintisi planlaşdırılan Atlantik Sahil Boru Kəməri (“Atlantic Coast Pipeline”) layihəsinin bağlanıldığını elan edib.

Layihənin bağlanılmasının səbəbi kimi onun bahalaşması və tənzimləmə ilə bağlı qeyri-müəyyənlik göstərilir.

Məlumata əsasən, boru kəmərinin marşrutunun dəyişdirilməsini tələb edən daimi məhkəmə işləri artıq layihənin dəyəri 4,5-5 mlrd. ABŞ dollarından ən azı 8 mlrd. dollaradək qaldırılıb. Şirkət rəsmilərinin fikrincə, layihəyə investisiyaların davam etdirilməsi artıq iqtisadi səmərəli deyil.

Gündəlik daşınma gücü 42 mln. kubmetrə yaxın olan layihənin məqsədi Qərbi Virciniyadan təbii qazın Atlantik okeanındakı sahillərinə daşınması idi. (apa)